Pəncə-Kilit hərəkat zonasında Türkiyə ordusunun 19 hərbi qulluqçusu metan qazından zəhərlənib. Dərhal xəstəxanaya yerləşdirilmələrinə baxmayaraq, onlardan 5-i şəhid olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, terrorçular tərəfindən öldürülən Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada aparılan əməliyyat-axtarış tədbiri zamanı sözügedən hadisə baş verib.
Ərazidə xilasetmə tədbirləri Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və ordu qüvvələri tərəfindən davam etdirilməkdədir.