AZ

Qazaxda minik avtomobili aşıb, ölən var

ain.az, Ayna portalına istinadən məlumat verir.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən vəfat edib

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib. Qeyd edək ki, o Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
50
ayna.az

10Mənbələr