AZ

"Qalatasaray" istəyirdi, ərəblərlə anlaşdı

Səudiyyə Ərəbistanının “Neom” klubu “Nitsa” və Polşa millisinin qapıçısı Marçin Bulkanı transfer edib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray"ın istədiyi və danışıq apardığı 25 yaşlı qapıçı daha cəlbedici təklif aldığı üçün ərəblərlə anlaşıb. Son 3 mövsüm Fransanın “Nitsa” klubunda çıxış edən polyak üçün səudiyyəlilər 15 milyon avro ödəyib, futbolçunun özü isə 4 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Bulka ötən mövsüm Liqa 1-də 34 oyun keçirib, 41 qol buraxıb və komandasına Çempionlar Liqasına vəsiqə verən 4-cü yeri tutmağa kömək edib.

 

saytlarin hazirlanmasi

Seçilən
3
50
sportal.az

10Mənbələr