AZ

Türkiyə ordusunda faciə - Ölənlər var

2022-ci ildə "Pəncə-Kilit" əməliyyatında şəhid olan piyada baş leytenantı Nuri Melih Bozkurun cəsədinin axtarışı zamanı Türkiyə ordusunun 19 əsgəri metan qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, zəhərlənənlərdən 5-i həyatını itirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

"28 may 2022-ci il tarixində "Pəncə-Kilit" əməliyyatı çərçivəsində həyata keçirilən mağara axtarış-təmizləmə əməliyyatı zamanı P. Leytenant Nuri Melih Bozkurt terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olub. Terrorçuların atəşə tutması nəticəsində onun cəsədinə çatmaq mümkün olmayıb. zərərsizləşdirilib, lakin bütün axtarışlara baxmayaraq, şəhidimizin meyiti hələ də tapılmayıb.

Əməliyyat-axtarış tədbirləri zamanı cəsədin tapıla biləcəyi bütün ərazilər xüsusi yaradılmış qruplar tərəfindən diqqətlə yoxlanılır. Davam edən əməliyyat-axtarış tədbirləri çərçivəsində; 6 iyul 2025-ci il tarixində əvvəllər xəstəxana kimi istifadə edilən və "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçulardan təmizlənmiş 852 metr yüksəklikdəki təpədə mağarada aparılan axtarış-yoxlama əməliyyatı zamanı 19 nəfər əməkdaşımız metan qazına məruz qalaraq dərhal xəstəxanaya çatdırılıb; bütün müdaxilələrə baxmayaraq 5 qəhrəman şəxsi heyətimiz şəhid oldu", - Nazirliyin məlumatında deyilir. 

Seçilən
28
50
unikal.az

10Mənbələr