AZ

Mask ABŞ də iki partiyalı sistemə qarşı çıxaraq PARTİYA YARATDI

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Elon Mask, ABŞ-də iki partiyalı sistemə qarşı çıxaraq “Amerika Partiyası” adlı yeni siyasi partiya yaratdığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Mask X platformasında, “ABŞ-də demokratiya yox, faktiki olaraq birpartiyalı sistem var” deyərək, xalqın yeni partiya istəyinə cavab verdiyini bildirib.

ABŞ-də iki partiyalı sistem 18-ci əsrdə formalaşıb və 1828-ci ildə Demokrat, 1854-cü ildə isə Respublikaçı Partiyalar qurulub. Bu sistem seçki qaydaları səbəbilə üçüncü partiyaların uğur qazanmasını çətinləşdirir.

Maskın anketlərinə görə, ABŞ vətəndaşlarının 60%-dən çoxu yeni partiyanı dəstəkləyir. O, partiyasının nə sağda, nə solda yer aldığını, müstəqil və mərkəzçi seçiciləri təmsil edəcəyini deyir. Məqsəd – Senatda 2-3, Nümayəndələr Palatasında isə 8-10 yer qazanmaqdır.

Tramp ilə gərginlik yaşayan Mask, onun vergi planlarını tənqid edib. Tramp isə Maskdan narazılığını dilə gətirib. Siyasi ekspertlər, partiyanın uğur qazanmasının çətin olduğunu, lakin Maskın maliyyə gücünün bu prosesi dəyişə biləcəyini bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
23
sherg.az

10Mənbələr