AZ

İsveçdə immiqrantlar arasında dəyərlərlə ilə bağlı araşdırma aparılacaq

İsveçin yeni təyin olunmuş təhsil və inteqrasiya naziri Simona Mohamsson immiqrantlar arasında dəyərlərlə bağlı genişmiqyaslı araşdırmaya başladığını elan edib.

“İki sahil” xəbər verir ki, “World Values Survey” beynəlxalq təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək araşdırmanın məqsədi inteqrasiya siyasətində təxminlərdən faktlara keçməkdir.

Araşdırma zamanı İsveçdə anadan olanlarla bu ölkəyə yeni gələnlərin dəyərlərə qarşı münasibətlərindəki fərqlərə, həmçinin onların bərabərlik, uşaq hüquqları, boşanma, din və digər bu kimi mövzulara münasibətinə diqqət yetiriləcək.

Nazir vurğulayıb ki, İsveçə gələnlər bu ölkənin əsas dəyərlərini bölüşməyə çalışmalıdırlar. “Əvvəlki araşdırmalar göstərdi ki, zaman keçdikcə miqrantların baxışları yerli sakinlərin baxışlarına yaxınlaşır. Lakin bu proses on ilə qədər vaxt aparır. Bu isə çox uzun müddətdir. Ona görə də inteqrasiyanın sürətləndirilməsi zəruridir. Söhbət fikirləri dəyişməyə məcbur etməkdən deyil, İsveç cəmiyyətinin dəyərlərinin qorunmasından gedir”, - deyə o diqqətə çatdırıb.

Seçilən
0
50
ikisahil.az

10Mənbələr