AZ

Mask Amerika Partiyasının qeydiyyatı üçün müraciət edib YENİLƏNİB

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış iş adamı İlon Mask Amerika Partiyasının (AMEP) qeydiyyata alınması üçün ABŞ Federal Seçki Komissiyasına müraciət edib.

APA-nın xəbərinə görə, sənəd ABŞ Federal Seçki Komissiyasının saytına yerləşdirilib.

Ərizə iyulun 6-da təqdim edilib.

***

saat 00.37

Tanınmış iş adamı İlon Mask, öz “X” hesabında sorğu keçirərək "Amerika" adlı siyasi partiya qurduğunu elan edib.

APA xəbər verir ki, Maskın sorğusunda 1.2 milyon nəfər iştirak edib və onlarda 65.4 %-i bu fikri dəstəkləyib.

"2-1 fərqlə siz yeni siyasi partiya istəyirsiniz və ona nail olacaqsınız. Ölkəmizin həddindən artıq xərclər və rüşvətxorluq səbəbilə iflasa uğradığı bir şəraitdə belə çıxır ki, biz demokratik yox, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün "Amerika" partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradıldı", - o yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
34
apa.az

10Mənbələr