AZ

Arsenal Gyökereşin transferinə yaxınlaşır

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Arsenal" "Sportinq"in futbolçusu Viktor Gyökereşlə anlaşmağa yaxındır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

London klubu bu transferlə bağlı danışıqlarda növbəti irəliləyişə nail olub. Son saatlarda tərəflər arasında yeni görüş baş tutub.

İsveç millisinin hücumçusu artıq komandasının məşqlərinə qayıtmayacaq və tam şəkildə klubdan ayrılmağa köklənib. "Topçular" isə keçidi reallaşdırmaq üçün sürətli addımlar atır.

Qeyd edək ki, ötən mövsüm Qyökereş bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə verib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
26
qol.az

10Mənbələr