AZ

Azərbaycandakı saxta yağların alternativi: Ziyanlı çıxdı

Azərbaycanın yağ bazarında kifayət qədər saxta, keyfiyyətsiz məhsul olduğundan, alıcılar nəyi seçəcəklərini bilmirlər.

Xüsusilə kərə yağı ilə bağlı dəfələrlə rəsmi qaydada verilən məlumatlar bu məhsulu başqa bir yağla əvəz etmək istəyənlərin sayını artırır. Xalis kərə yağı adı altında palma, marqarin və spred yağın satışı da alıcıları çəkindirən səbəblərdəndir. Odur ki, son illər kərə yağının alternativi kimi mətbəxlərə duru yağlar daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, adi günəbaxan, kətan toxumu, balqabaq, qoz və üzüm toxumu yağları satılsa da, öncəlik zeytun yağıdır. Bunların içində ən çox tələb görəni də məhz zeytun yağıdır.

Mütəxəssislər deyirlər ki, bu yağ keyfiyyətli və sağlamlıq üçün ziyansızdır. Bununla belə, son araşdırmalar  zeytun yağının o qədər də sağlam olmadığını göstərir.

Təbii ki, zeytun yağı ürək-damar sisteminin sağlamlığına faydalı təsir göstərir. Üstəlik, həm gənc, həm də yaşlı üçün faydalıdır. Alimlər qan damarlarının güclənəcəyini, xolesterin lövhəsinin əmələ gəlmə riskinin azalacağını və ürəyin daha yaxşı işləyəcəyini müəyyən ediblər. Bu növ yağ demensiyadan qoruyur, müalicəvi və iltihab əleyhinə təsir göstərir. Bununla belə, ABŞ-nin Oklahoma Tibb Kolleci Universitetinin mütəxəssislərinin fikrincə, hər şeydə ölçü bilmək lazımdır.

Mütəxəssislərin apardığı araşdırma göstərib ki, oleik turşusu (zeytun yağında olan bir növ yağ turşusu) olan qidaları yemək digər pəhriz yağlarına nisbətən daha çox piylənməyə kömək edə bilər.

Təcrübə siçanlar üzərində aparılıb. Gəmiricilərin hamısı sağlam idi, xroniki xəstəlikləri və çəki problemi olmayıb. Siçanlar bir neçə qrupa bölünüb - hər biri kokos, zeytun, fıstıq yağı, süd, donuz yağı və soya yağında olanlar da daxil olmaqla müəyyən yağ turşuları ilə zənginləşdirilmiş məhsulların daxil olduğu pəhrizə salınıb.

Nəticədə məlum olub ki, oleik turşusu orqanizmdə daha çox yağ hüceyrəsi istehsal edir. Siqnal verən zülal AKT2-ni artırmaq və tənzimləyici protein LXR-nin fəaliyyətini azaltmaqla, yüksək səviyyələrdə olein turşusu yeni yağ hüceyrələrini meydana gətirən prekursor hüceyrələrin daha sürətli böyüməsinə səbəb olur.

Mütəxəssislər deyirlər ki, yağ hüceyrələrini əsgərlərdən ibarət ordu kimi düşünə bilərsiniz. Bədəndə çox oleik turşusu olduqda, bu əsgərlər daha çox olur. Artıq qida maddələrini saxlamaq üçün daha böyük bir tutum yaradırlar. Əgər bu maddələr piy hüceyrələrinin sayından çox olarsa, piylənmə, ürək-damar patologiyaları və ya diabet yarana bilər.

Seçilən
5
3
cebheinfo.az

10Mənbələr