AZ

Türkiyədə son 10 gündə 761 yanğın nəzarət altına alınıb

Türkiyədə son 10 gündə baş verən 761 yanğın nəzarət altına alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
 

Qeyd olunub ki, il ərzində indiyə qədər ümumilikdə 3 181 yanğın baş verib. Onlardan 1351-i meşədə, 1830-u isə meşədənkənar ərazidə qeydə alınıb.


Yanğınlara ümumilikdə 27 təyyarə, 105 helikopter, 6 min quru nəqliyyat vasitəsi və 25 minlik şəxsi heyət cəlb edilib.

Son 10 gündə İzmir, Sakarya, Hatay, Biləcik, Manisa, İstanbul, Bursada ümumilikdə 20 yanğınla mübarizə aparılıb. Bu hadisələrdən hər biri 2021-ciu ildəki Manavqat yanğını qədər ciddi olub.

Bizim.Media

Seçilən
4
26
bizim.media

10Mənbələr