AZ

Türkiyədə 10 gündə 761 yanğın

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə son 10 gündə baş verən 761 yanğın nəzarət altına alınıb.

Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, il ərzində indiyə qədər ümumilikdə 3 181 yanğın baş verib. Onlardan 1351-i meşədə, 1830-u isə meşədənkənar ərazidə qeydə alınıb.

Yanğınlara ümumilikdə 27 təyyarə, 105 helikopter, 6 min quru nəqliyyat vasitəsi və 25 minlik şəxsi heyət cəlb edilib.

Son 10 gündə İzmir, Sakarya, Hatay, Biləcik, Manisa, İstanbul, Bursada ümumilikdə 20 yanğınla mübarizə aparılıb. Bu hadisələrdən hər biri 2021-ciu ildəki Manavqat yanğını qədər ciddi olub.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
22
cebheinfo.az

10Mənbələr