AZ

Rusiya Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir - Nümayəndə heyəti göndəriləcək

  Rusiya hazırda Azərbaycanla gərginləşmiş münasibətləri aradan qaldırmaq üçün yeni diplomatik təşəbbüsə başlayıb. Gələn həftə Bakıya qeyri-rəsmi nümayəndə heyətinin göndərilməsi planlaşdırılır.

Referans xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, məqsəd Rusiya ilə Azərbaycan arasında gərginləşmiş münasibətləri yumşaltmaq və diplomatik əlaqələri bərpa etməkdir.

Qeyd olunub ki, nümayəndə heyəti yaxın həftədə Bakıya səfər edə bilər. Missiya çərçivəsində Prezident Vladimir Putin tərəfindən şəxsi mesajın çatdırılması və hətta həbs olunmuş şəxslərin "mübadiləsi" barədə təklifin irəli sürülməsi gözlənilir.

Qeyri-rəsmi nümayəndə heyətinə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov rəhbərlik edə bilər. O, keçmişdə Putinin şəxsi köməkçisi olub və Azərbaycan rəsmiləri ilə yaxşı şəxsi münasibətləri var.

Məlumatda qeyd olunub ki, Azərbaycanla münasibətlərin daha da pisləşməsi hazırda Kremlin planlarına daxil deyil. Rusiya həm geosiyasi, həm də regional maraqlar baxımından Azərbaycanı strateji tərəfdaş hesab edir və bu mərhələdə yeni qarşıdurma riskini azaltmağa çalışır./Teleqraf  

Seçilən
1
50
referans.az

10Mənbələr