AZ

14 il əvvəl aldığı bitkoinləri unudan investor MİLYARDER OLDUR

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Kriptovalyuta dünyasında maraqlı bir hadisə baş verib.

BAKU.WS xəbər verir ki, The Block portalının məlumatına görə, 14 ildən çox müddətdir aktiv olmayan iki bitkoin pulqabısı (cüzdan) gözlənilmədən yenidən aktivləşib.

Hər bir pulqabıda 10 min bitkoin olub. Bu bitkoinlər kriptovalyutanın ilk illərində, qiyməti çox aşağı ikən alınıb. İllər ərzində bitkoinin dəyəri sürətlə artdığı üçün hər bir cüzdandakı məbləğ indi 1,1 milyard dollar dəyərindədir. Ümumi məbləğ isə 2,2 milyard dolları keçib.

Cüzdanların sahibi kimdir və nə üçün bu qədər uzun müddətdən sonra bitkoinlərini hərəkətə gətirib – bu barədə heç bir məlumat yoxdur.

Kriptovalyuta dünyasında bu cür hadisələr nağılı xatırladan real hekayələr kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
50
baku.ws

10Mənbələr