“Portu” rəsmi saytında komandanın yeni baş məşqçisinin adını açıqlayıb.
Rekord.az xəbər verir ki, gözlənildiyi kimi, “əjdahalar”a italiyalı mütəxəssis Françesko Farioli başçılıq edəcək.
36 yaşlı mütəxəssis Portuqaliyanın köklü klubu ilə iki mövsümlük – 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayıb.
Fariolinin əvvəlki klubu “Ayaks” olub. Amsterdam klubu 2024/2025 mövsümünü uğursuz başa vurduqdan sonra italiyalı mütəxəssislə vidalaşıb.
Son Portuqaliya çempionatında “Portu” üçüncü yeri tutaraq, Avropa Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.