AZ

Vəkilliyə qəbulla bağlı test imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə iyulun 6-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.

Yenisabah.az bu barədə Vəkillər Kollegiyasına istinadən xəbər verir.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək. Dördpendirli pizza

İmtahanda 410 namizəd iştirak edib. Ümumilikdə, 196 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 191, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 5) tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7-9 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.


Telegram kanalımız
Seçilən
3
26
yenisabah.az

10Mənbələr