AZ

Qaladan qala sənədli filmi təqdim edildi

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bugünlərdə vətənimizin dilbər guşələrindən  olan   Gədəbəydə "Sağlamlığın qorunması" İctimai Birliyinin təşkilatçılığı ilə təşkilatın rəhbəri hörmətli Yazgül Abdıyevanın arayıb ərsəyə gətirdiyi "Qaladan qala" sənədli filmin təqdimatı keçirildi.

Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlovun açılış  nitqi  ilə öz işinə başlayan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar çıxış etdilər. Azərbaycan dünya sivilizasiyasının beşiyi kimi mədəni irsi, qədim abidələri ilə zəngindir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən qədim tarixi abidələrimizin, mədəni irsimizin  qorunması və təbliği baxımından "Qaladan qala" filmi qutsal amalın nəticəsi kimi çox təqdirəlayiq idi. Gədəbəyin hüsnünə, gözəlliyinə neçə-neçə şeirlər, neçə-neçə əsərlər yazılsa da, bu əsrarəngiz gözəlliyin vəsfindən  doymaq mümkünsüzdür. Yazgül xanımın arayıb ərsəyə gətirdiyi bu film onun doğulduğu torpağa bir övlad vəfası, eləcə də,  bütövlükdə Azərbaycanımıza olan qutsal niyyətinin təntənəsi hesab etmək olar.

"Sağlamlığın qorunması" İB illərdir ki, ulus üçün təqdirəlayiq layihələrə imza atmaqla Azərbaycan ictimaiyyətinin sevgisini qazandı. Tədbir zamanı Yazgül xanımın  Azərbaycanın ədəbi-mədəni,  ictimai-siyasi həyatında aktiv rolu, eləcə də, Türk Dünyasının, türk xalqlarının birlik və bərabərliyi yolunda çalışmaları nəzərə alınaraq Atatürk medalı ilə təltif olundu.

İştirakçıların  yaddaşına  hopan  tədbirdəki çıxışımda  yolboyu  misralara düzdüyüm bu şeiri də səsləndirdim:

"Qaladan qala" filminin yaradıcısı Yazgül xanım Abdıyevaya.

Yazıldı yurdumun yurddaş dastanı,

Ruhumda qalanda yaddaş dastanı,

Min illərdən gələn sirdaş dastanı,

Türkün dilindədir, söz gülə çəkib_

Burda gözəlliklər Yazgülə çəkib!

Bu ömür filmində izimi tapdım,

Yaddaşım ələndi, sözümü tapdım.

"Cəngi"də cövlanı, özümü tapdım,

Güldən çələng tutdu saz, gülə çəkib_

Burda gözəlliklər Yazgülə çəkib!

"Qaladan qala"ya bir yurd öyündü,

Dirildikcə ruhu, Boz Qurd öyündü.

Yurda baxıb Dədəm-Qorqud öyündü,

Ocaqda od tutdu köz, külə çəkib_

Burda gözəlliklər Yazgülə çəkib.

Ürəklər yurd üçün elə darıxıb,

Sonalar nə vaxtdı, gölə darıxıb,

Qalalı dağları gülə darıxıb,

Baxıb naz eləyir naz, gülə çəkib_

Burda gözəlliklər Yazgülə çəkib.

Müqəddəsdir   göyün-göyçəyin adı,

Bu cənnətin adı, gerçəyin adı.

Ayrıdır hər  gülün-çiçəyin adı,

Təbiətdən doymur göz, gülə çəkib,

Burda gözəlliklər Yazgülə çəkib!

 İLQAR TÜRKOĞLU Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
12
adalet.az

10Mənbələr