ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Murmansk vilayətində keçirilən “Xibinlər” treyl ultramarafonu zamanı iki nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Çibis məlumat verib.
“‘Xibinlər treyli zamanı faciə baş verib. İlkin məlumatlara görə, çətin hava şəraiti nəticəsində iki nəfər həlak olub. Bütün vilayət sakinləri adından onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Tədbir özəl şirkət tərəfindən təşkil olunmuşdu. Hadisənin səbəbləri hərtərəfli araşdırılacaq. Xibinlərdə axtarış-xilasetmə əməliyyatı başa çatıb. Treyl marşrutu üzrə olan bütün şəxslərə zəruri yardım göstərilib”, — deyə Çibis öz Telegram kanalında yazıb.
Qeyd edək ki, turnirdə təxminən 350 adam iştirak edib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.