ain.az, Azvision portalına istinadən məlumat verir.
Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir.
Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov "Azərtac"a bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi beynəlxalq yol federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyasında qalib elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.