AZ

Moskvanın unutduğu mühüm sənəd “Ruslar Bakını belə görmək istəyir”

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya İkinci Qarabağ müharibəsində əvvəlki dövrlərlə müqayisədə Azərbaycana açıq şəkildə maneə yaratmadı və bu, bölgədə yeni geosiyasi reallıqların formalaşmasına gətirib çıxardı. Lakin son 6–7 ayda Moskva-Bakı münasibətlərində nəzərəçarpacaq dərəcədə soyuma və gərginlik müşahidə olunur.

Bir çoxlarını təəccübləndirən əsas məqam isə Rusiya sülhməramlı qüvvələrinin 2024-cü ilin aprelində, razılaşdırılmış müddətdən xeyli əvvəl Qarabağdan çıxarılması oldu. Bu addım zahirdə Bakı üçün müsbət görünürdü, lakin onun ardınca baş verən hadisələr – AZAL-a məxsus təyyarənin Rusiya hərbçiləri tərəfindən hədəfə alınması, Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsi və bunun ətrafında formalaşan ictimai rəy rəsmi Moskvanın Azərbaycanı müəyyən qərar və mövqelərə görə cəzalandırmaq cəhdi kimi dəyərləndirilir.

Birdən-birə nə dəyişdi? Hansı geosiyasi və diplomatik faktorlar Rusiya Prezidenti Vladimir Putini bu cür addımlara verməyə vadar etdi? Kreml Bakı üzərində nəzarət mexanizmini itirdiyini düşündüyü üçün təzyiq rıçaqlarını işə salır?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Rusiya Federasiyasının Azərbaycana münasibətində zaman-zaman müəyyən ziddiyyətli məqamlar müşahidə olunur:

“Görünür, Rusiyada bir sıra dairələr hələ də imperiya təfəkküründən xilas ola bilməyiblər. Onlar məsələyə bu prizmadan yanaşaraq Azərbaycanı özlərindən asılı vəziyyətdə görmək istəyirlər. Buna baxmayaraq, son illərdə Azərbaycan və Rusiya arasında qonşuluq münasibətlərinin qorunub saxlamasının mühüm olduğu da göründü. Onu da unutmayaq ki, Rusiya Federasiyası Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu barədə rəsmi sənəd imzalanıb. Hazırda bəzi rusiyalı siyasətçilər sanki belə bir sənəd mövcud deyilmiş, biz heç vaxt strateji tərəfdaş olmamışıq kimi özlərini təkzib edən fikirlər səsləndirirlər. Amma fakt budur ki, belə bir sənəd var. Azərbaycan bir qonşu kimi Rusiya ilə müsbət, konstruktiv münasibətlər qurmaq istəyən ölkə olub və həmişə də belə olacaq”.

F.Qurbanov bildirib ki, son aylarda Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginliyi həm qlobal miqyasda gedən proseslərlə, həm də Rusiyanın ənənəvi maraqlarını qorumaq cəhdləri ilə izah etmək olar:

“Lakin bir həqiqət də var: Azərbaycan Respublikası 1993-cü ildən bu günə qədər sübut edib ki, müstəqil dövlətdir. Yəni heç bir dövlətin təsiri altında olmayacaq. Rəsmi Bakı xarici siyasəti milli maraqlar çərçivəsində qurur. Azərbaycan Prezidenti İlham Əliyev də bunu hər addımında sübut edir.

Ölkə rəhbərliyinin həm AZAL təyyarəsinin hədəfə alınması, həm də Yekaterinburqdakı olaylara münasibəti Azərbaycanın zərrə qədər də müstəqilliyindən və xarici siyasətindən kənara çıxmayacağını göstərdi. Onu da nəzərə alaq ki, hazırda dünyada geosiyasi güclərin böyük savaşı gedir. Bütün hallarda Moskva Azərbaycanın müstəqilliyinə, hüquqlarına və qərarlarına hörmətlə yanaşmalıdır.

Azərbaycan hər zaman müstəqil mövqeyini qoruyub. Ümid edirik ki, diplomatiyamız bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Bu, Rusiya ilə münasibətlərdə də belə olacaq. Qarşı tərəf də gec-tez Bakının konstruktiv mövqeyini görəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
50
icma.az

10Mənbələr