Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sosial şəbəkələrdə “İmam Zaman” məscidinin axundu Hacı Habil İsgəndərlinin həbs olunması ilə bağlı məlumatlar yayılıb.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün H. İsgəndərliyə yaxın şəxslərlə əlaqə saxlayıb.
“Hacı Habilin həbs olunması barədə xəbərlər həqiqəti əks etdirmir. O, hazırda evində oturub çay içir. Sadəcə olaraq, dünən işdən azad edilib”.
Qeyd edək ki, bundan əvvəl sözügedən axundun Aşura günü ilə bağlı paylaşımına görə saxlanıldığı iddia edilirdi. Belə ki, o, dünyada şiələrin bu tarixi 6 iyulda qeyd etdiyini, lakin Azərbaycanda 7 iyulda keçirilməsi barədə taprışıq verildiyini vurğulayıb.
Ümumiyyətlə, bu il Aşura günü ilə bağlı bölgədə də fikir ayrılığı yaranıb. İranda belə bir qisim Aşuranı iyulun 5-də, digərləri isə iyulun 6-da qeyd edib. Əksər şiə icmaları bu günü iyulun 6-da anıb.
Xatırladaq ki, Ramazan bayramında da oxşar uyğunsuzluq müşahidə olunur. Azərbaycan bu il bayramı bir gün tez qeyd etsə də, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri bir gün sonra keçirdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.