“Kremoneze”nin yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus az" xəbər verir ki, ötən mövsüm A seriyasına yüksələn komandanı Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Nikolanın sonuncu iş yeri “Kalyari” olub. O, bu komandadan ötən ay ayrılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta