Portuqaliyanın "Portu" klubunun yeni baş məşqçisinin adını açıqlayıb.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Françesko Farioli ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.
36 yaşlı mütəxəssis son olaraq 2024/2025 mövsümündə Niderland təmsilçisi “Ayaks”ı çalışdırıb. Amsterdam klubu mövsümü uğursuz başa vurduqdan sonra italiyalı məşqçi ilə vidalaşıb.
Qeyd edək ki, “Portu” 2024/2025 mövsümünü üçüncü pillədə bitirib.