AZ

DİM təhsil haqqına düzəliş etdi

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.
 
Bu varədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.
 
Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.
 
«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal
Seçilən
0
4
moderator.az

10Mənbələr