Ukrayna-Rusiya müharibəsi atəşkəs danışıqlarında irəliləyiş əldə olunmamasından sonra yenidən şiddətlənib.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin yaydığı məlumatda,Rusiyanın Voronej vilayətindəki Borisoqlebsk hərbi hava limanının vurulduğu bildirilib. Hücumda bir bomba anbarı və bir təlim təyyarəsinin vurulduğu bildirilib. Digər təyyarələrin də vurulmuş ola biləcəyinə işarə edilən açıqlamada "Bu hava limanı düşmən Su-34, Su-35S və Su-30SM təyyarələrinin əsas bazasıdır" deyilir.
Voronej qubernatoru Aleksandr Qusev də sosial şəbəkədə gecə saatlarında bölgə üzərində 25-dən çox pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib. Elektrik xəttinin müvəqqəti zədələndiyini bildirən qubernator Qusev hərbi hava limanı ilə bağlı heç bir məlumat paylaşmayıb.
TAHİR