AZ

Şərurda avtomobil yolunda selin fəsadları aradan qaldırılır

Şərur rayonunda avtomobil yolunda selin fəsadları aradan qaldırılır.

"Report"un yerli bürosu xəbər verir ki, rayona yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib.

Sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində işlər davam etdirilir.

Seçilən
11
13
report.az

10Mənbələr