AZ

Şirniyyat asılılığı: Vəziyyət göründüyündən daha ciddidir...

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

Polşada 344 yetkin şəxs arasında aparılan araşdırma da bunu göstərib. “MedicalXpress” yazır ki, iştirakçıların 62 faizini özlərini şirniyyata aludəçi kimi təsvir edib, 53 faizi bu halı başqalarına və ya özlərinə etiraf etdiklərini bildiriblər. Respondentlərin təxminən üçdə biri gündə bir neçə dəfə şirniyyat istehlak etdiklərini qeyd edib. Əhəmiyyətli nəticələrdən biri emosional reaksiyaların təkcə istehlak tezliyinin deyil, asılılıq şiddətinin əsas göstəricisi olmasıdır. “Ağır” şirniyyat asılılığı olan fərdlər arasında peşmanlıq və ya utanc halları da olub. Həmçinin bu iştirakçılar “bazar ertəsindən başlamaq” kimi davranışlarla məhdudlaşdırıcı pəhriz cəhdlərini tez-tez dilə gətiriblər. Polşada və digər ölkələrdə şəkər istehlakı tövsiyə edilən səviyyələri xeyli üstələyir və bu, piylənmə, tip 2 diabet, əhval-ruhiyyə pozuntuları və kognitiv tənəzzül kimi ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
azvision.az

10Mənbələr