AZ

SOCAR Energy Ukraine şirkətinin yanacaqdoldurma məntəqələri cidd zərər görüb

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynanın Jitomir vilayətinin Berezina kəndində partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi cidd zərər görüb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Kiyev-Jitomir yolunun hər iki tərəfində yerləşən yanacaqdoldurma məntəqələri kəndin təxminən bir kilometrliyindədir.

Sakinlərin bildirdiyinə görə, kəndin girişində mebel fabrikində və digər müəssisələrdə olan partlayışlar həyəcan siqnalları verilmədən, anidən baş verib. Bunun Rusiya ordusuna məxsus diversiya qrupları tərəfindən törədildiyi ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
12
olke.az

10Mənbələr