AZ

Qazaxda minik avtomobili aşdı -ölən var

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib. Qeyd edək ki, o Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
50
redaktor.az

10Mənbələr