AZ

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Qazax, 6 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, rayon sakini Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində sürücü K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
6
50
azertag.az

10Mənbələr