Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyada Gənclərin Liderliyi və İnnovasiya Mərkəzinin yaradılması layihəsinə qoşulub. Mərkəz paytaxt Nayrobi şəhərində fəaliyyət göstərəcək.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, layihə gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, uğurlu karyera qurmaları üçün səyləri gücləndirmək məqsədi daşıyır.
İyulun 4-də Mərkəzin təqdimat mərasimi keçirilib. AİDA-nın layihənin maddi-texniki təminatı üçün ayırdığı, iki mərhələdə sərf ediləcək toplam 34 min ABŞ dolları məbləğində maliyyə yardımı Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev tərəfindən Mərkəzə təqdim olunub.
Mərasimdə AİDA ilə Keniya Xüsusi Təlim-Tədris İnstitutu və digər layihə tərəfdaşları arasında niyyət sənədi imzalanıb.
Çıxış edənlər bu humanitar layihədə AİDA-nın iştirakını Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq qiymətləndirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)