AZ

Antalyada şir zooparkdan qaçıb, bir nəfərə hücum edib – Foto


Türkiyənin Antalya vilayətində şir zooparkdan qaçıb.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, Manavqat rayonundakı zooparkdan təxminən 1 km məsafədə tarlada işləyən 53 yaşlı Süleyman Kır, “Zeus” adlı şirin hücumuna məruz qalıb və ağır yaralanıb.
Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları zooparkın ətrafında təhlükəsizlik tədbirləri görüb, əraziyə giriş-çıxış bağlanıb.
Bildirilir ki, hal-hazırda heyvanın axtarış işləri davam edir.
Manavqat kaymakamı Adil Karataş bildirib ki, şirin qəfəsdən necə çıxdığı hələ də müəyyən olunmayıb. O, heyvanın izinin meşəlik ərazidə tapıldığını və təhlükəsiz şəkildə tutulması üçün işlərin davam etdiyini deyib.
Seçilən
14
16
yeniavaz.com

10Mənbələr