Antalyada DƏHŞƏT: Şir qəfəsdən qaçıb bir nəfəri parçaladı
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Manavqatdakı “Lion Land” zooparkında “Zevs” adlı şir qəfəsindən qaçıb. Şir zooparkdan bir kilometr aralıda işləyən Süleyman Kır adlı vətəndaşa hücum edərək onu yaralayıb”, - məlumatda qeyd olunub. Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda şirin axtarışları və tapılması istiqamətində işlər davam etdirilir.