FHN-in keçmiş baş müfəttişi Ağayev Məmmədmirzə vəfat edib. Ajans.az xəbər verir ki, uzun illər Fövqəladə Hallar Nazirliyində (FHN) baş müfəttiş və məsləhətçi vəzifələrində çalışmış, Bakıda yaşayan Salyan sakini Ağayev Məmmədmirzə (Babaş) Şirinbala oğlu 68 yaşında ürək çatışmazlığından vəfat edib.
KONKRET.az xəbər verir ki, mərhumun vəfat xəbəri yaxınları və dostları tərəfindən dərin kədər hissi ilə qarşılanıb.
Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün Salyan rayonunda, yas mərasimi isə Bakıda keçiriləcək.
Allah rəhmət eləsin.