Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Yeniavaz.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata istinadla xəbər verir ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
“İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar”, - məlumatda deyilir.
Qeyd olunub ki, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq:
“İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.