AZ

Elon Mask Amerika Partiyası nı qurdu

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı milyarder iş adamı Elon Mask sosial media platformunda paylaşım edərək yeni siyasi partiya – "Amerika Partiyası"nı qurduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, Mask bildirib ki, bu partiya ABŞ xalqına azadlıq gətirmək məqsədilə yaradılıb. O, paylaşımında belə deyib:

"İkiyə bir nisbətində yeni siyasi partiya istəyirsiniz və onu alacaqsınız! Ölkəmiz israf və korrupsiya ilə iflas edir. Bu gün sizə azadlığınızı qaytarmaq üçün Amerika Partiyası quruldu."

Mask sosial şəbəkədə "Amerika Partiyasını qurmalıyam?" sualı ilə sorğu keçirib. 1 milyon 248 mindən çox insan iştirak edib. Onların 65,4 faizi partiyanın qurulmasını dəstəkləyib, 34,6 faizi isə "xeyr" cavabı verib.

Elon Mask bildirib ki, partiya ilkin olaraq Senatda 2-3 yerə, Nümayəndələr Palatasında isə 8-10 dairəyə fokuslana bilər. Bu yolla mübahisəli qanunlara həlledici səs vermək və xalqın iradəsini qorumaq mümkün olar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
36
baku.ws

10Mənbələr