AZ

“Zenit” Juninyonun hücumdakı rəqibini heyətinə qatır

Rusiyanın “Zenit” klubu Braziliya təmsilçisi “Flamenqo”nun futbolçusu Olaviyo Juninyonun hücum xəttindəki rəqibi Pedro dos Santosu transfer etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Xulio Migel Neto “X” sosial şəbəkəsində bildirib.

Sankt-Peterburq təmsilçisi ön xətdə əsas transfer hədəfi olan 28 yaşlı braziliyalı forvarda rəsmi təklif hazırlayır. Klubla futbolçunun nümayəndələri arasında ilkin danışıqlar artıq baş tutub.

Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Qeyd edək ki, Pedro 2020-ci ildə icarə əsasında çıxış etdiyi "Flamenqo"ya 2021-ci ilin yanvarında birdədəlik keçib. O, Braziliya təmsilçisinin heyətində ümumilikdə 280 oyunda 140 qol vurub, 35 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
1
15
sherg.az

10Mənbələr