AZ

9 yaşlı uşağı bıçaqlayan 34 yaşlı kişi tutuldu


Rusiyanın Moskva vilayətində doqquz yaşlı uşağı bıçaqlayan şəxs tutulub.

Publika.az "Life SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, Sergiyev Posadda doqquz yaşlı uşağa hücum etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Kanalın mənbəsinin məlumatına görə, 34 yaşlı İqor T. oğlana boyun nahiyəsindən xəsarət yetirib.

Azyaşlı təcili əməliyyat olunub və hazırda xəstəxanadadır. Onun vəziyyəti stabil ağırdır.

Faktla bağlı yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Şübhəlini 15 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, hadisə cümə günü axşam saatlarında baş vermişdi. "Mash"ın məlumatına görə, hücumdan sonra həmin şəxs polisdən qaçaraq mənzilinə qapanmışdı.



Seçilən
14
50
news24.az

10Mənbələr