AZ

HƏMAS-ın Qəzzaya dair təklifə etdiyi dəyişikliklər İsrail rədd etdi – Atəşkəs baş tutmayacaq?

HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir.

Musavat.com xəbər verir ki, bu mövqe baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında yer alıb: “HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə çatdırılıb və onlar İsrail üçün qəbuledilməzdir”.

Ofis əlavə edib ki, Netanyahu “dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi” tapşırıb, bununla əlaqədar İsrail nümayəndə heyəti iyulun 6-da “Qətərə görüşə” uçacaq.
Baş nazirin ofisi qeyd edib ki, İsrail “artıq Qətərin təşəbbüsünü qəbul edib”. Ofis əlavə edib ki, kabinet rəhbəri “vəziyyətin qiymətləndirilməsi fonunda” Qətərə nümayəndə heyəti göndərmək qərarına gəlib.

Bundan əvvəl İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, Netanyahu iyulun 5-də məhdud üzvlərlə Nazirlər Kabinetinin iclasını çağıraraq Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanın şərtlərini, həmçinin danışıqlar üçün Qatar paytaxtı Dohaya nümayəndə heyətinin göndərilməsi məsələsini müzakirə edib.

Bundan əvvəl HƏMAS Telegram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və Qəzzada nizamlanma üçün müzakirə edilən təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu qərar, radikalların qeyd etdiyi kimi, “bütün Fələstin fraksiyaları ilə məsləhətləşmələr başa çatdıqdan” sonra qəbul edilib.

İsrail tərəfinin son məlumatına görə, radikallar Qəzza zolağında oğurlanmış 20 canlı girovu və 30 ölü girovun cəsədini saxlamağa davam edir.

Musavat.com

Seçilən
15
25
musavat.com

10Mənbələr