AZ

Bu BÜRCÜN sevgi həyatı tezliklə “çiçək açacaq”

Astroloq Dinçer Güner Buğa bürcü üçün həftəlik proqnoz (6-13 iyul) verib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Güner bildirib ki, Oğlaq bürcündə baş tutacaq Dolunay Buğaların öz həyatlarına daha geniş baxış bucağından yanaşmalarına şərait yaradacaq:

“Xüsusilə xarici ölkələrlə bağlı məsələlər, akademik mövzular və hüquqi proseslərlə əlaqədar müsbət nəticələr əldə edə biləcəyiniz bir dövrə daxil olursunuz.

Əgər uzun müddətdir gözlədiyiniz xəbərlər varsa, bu həftə o xəbərlər aydınlığa qovuşaraq sizi rahatlada bilər. Eyni zamanda, uzunmüddətli təhsil planlarınızı reallaşdırmaq üçün imkanlar ortaya çıxa bilər.

Sevgi həyatınızda da xoş bir dövr yaşaya bilərsiniz. Xüsusilə subaysınızsa, yeni biri ilə tanış ola və ya maraqlandığınız şəxslə münasibətlərinizi daha konkret bir mərhələyə daşıya bilərsiniz.
Bu dövr yaradıcılığınız və hobbiləriniz baxımından da olduqca məhsuldar olacaq. Özünüzü daha yaradıcı hiss edəcək, qabiliyyətlərinizi inkişaf etdirə biləcəyiniz yeni sahələrə yönəlmək istəyəcəksiniz.

Səyahət planları qurmaq, yeni mədəniyyətlər kəşf etmək və fərqli həyat təcrübələrinə addım atmaq üçün də uyğun zamandır.

Sosial media və ümumilikdə media ilə bağlı işlər görürsünüzsə, bu sahədə uğurlu nəticələr əldə edə bilərsiniz.

Ümumilikdə, sizi məhsuldar bir həftə sizi gözləyir”.

Musavat.com

Seçilən
3
26
musavat.com

10Mənbələr