Türkiyənin ən yaraşıqlı aktyorlarından hesab edilən Burak Deniz şəxsi həyatı ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, onun həmkarı, “Uzak Şehir”in aktrisası Yaren Güldikenlə eşq yaşadığı iddia olunub.
Onların Datçada birlikdə istirahət edərkən görüntülənmələri də bu iddiaları gücləndirib.
Burak səssizliyini qorusa da, Yaren Güldiken iddiaları təkzib edib.