AZ

Azərbaycanda hava bu tarixədək pis olacaq

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır. Toyuqlu pizza

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
yenisabah.az

10Mənbələr