AZ

Əlilliyi olan şəxslər üçün ilk dəfə veloreabilitasiya layihəsinə başlanılır - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə başlayır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsindən ibarətdir.

Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bu layihə 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.

Qeyd edək ki, əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, stressin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.

Seçilən
3
37
sia.az

10Mənbələr