Azərbaycan çempionu "Qarabağ" milli mətbuatımızın 150 illiyi münasibətilə idman jurnalistləri arasında futbol yarışı keçirəcək.
Offsideplus.az xəbər verir ki, hər komandada 10-12 jurnalist yer ala bilər.
Turnirdə iştirak etmək üçün müraciətin son tarixi 12 iyuldur. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdirmək sonra müəyyənləşəcək.
İyulun 17-18-də baş tutacaq turnirin bütün görüşləri Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında oynanılacaq.