AZ

Pakistanda musson yağışları 10 gündə 66 nəfərin həyatına son qoyub » AzadMedia.az


İyunun 26-dan Pakistanda yağan leysan yağışları və qəfil daşqınlar nəticəsində 66 nəfər ölüb, daha 127 nəfər yaralanıb. Bu barədə “Sinxua” agentliyi xəbər verir.
Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) ölkənin bəzi bölgələrində ekstremal hava şəraitinin davam etməsi nəticəsində son iki gündə yağan yağışlar nəticəsində daha iki nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirib.

NDMA-nın məlumatlarına görə, ən çox qurban Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində qeydə alınıb, burada 24 nəfər, o cümlədən 11 uşaq ölüb. Onlardan 14-nü keçən həftə Svat rayonunda qəfil sel aparıb.

Pəncab əyalətində (Şərqi Pakistan) leysan yağışları nəticəsində evlərin uçması və qəfil daşqınlar nəticəsində 11-i uşaq olmaqla 22 nəfər ölüb. Sind əyalətində 15, Bəlucistan əyalətində isə 5 ölüm qeydə alınıb. Cammu və Kəşmirdə də 3 nəfər yaralanıb.

Davam edən yağışlar fonunda Pakistanın meteorologiya departamenti yaxın 48 saat ərzində bir sıra rayonlarda yağıntının miqdarının artacağını və tufanların artacağını proqnozlaşdırır.
Seçilən
7
15
azadmedia.az

10Mənbələr