Bakı. Trend:
"İmişli" futbol klubu yay transfer dönəmində heyətini yenidənqurmaq istiqamətində işlərini davam etdirir.
Trend-inməlumatına görə, komanda əvvəlki mövsümlərdə də heyətində yer alanhücumçu İbrahim Əliyevlə razılıq əldə edib.
Tərəflər arasında bir illik müqavilə imzalanıb. Bu transfer,"İmişli"nin mövsümlərarası fasilədə həyata keçirdiyi üçüncü rəsmitransfer olub. Daha öncə klub braziliyalı futbolçu Ronaldo Rodriqesvə yerli oyunçu Azər Salahlının transferini açıqlamışdı.
Klubun yay transfer siyasəti heyətin gücləndirilməsinə vəqarşıdakı mövsümə daha iddialı şəkildə hazırlaşmasına yönəlib.