“Avropada məcburi hərbi xidmətlə bağlı qərarlar ayrı-ayrı hökumətlər tərəfindən veriləcək”.
Referans xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“Avropa məcburi hərbi xidmətə çağırışı tətbiq etmək məcburiyyətində deyil. Bəzi ölkələr bunu edəcək. Finlandiyada artıq hərbi xidmətə çağırış var. Digərləri bunu etməyəcək, lakin ümumilikdə bu, forma geyinən şəxslərə yaxşı maaş vermək deməkdir”, – o bildirib.
Daha əvvəl “Welt” qəzeti mənbələrə istinadən yazıb ki, NATO Almaniyadan 2030-cu ildən etibarən hərbi personalının sayını təxminən 180 mindən 240-260 minə çatdırmağı tələb edir.
NATO-nun strategiyasına görə, Avropa ölkələri təhlükəsizlik çağırışlarına qarşı hazırlıqlı olmalıdırlar./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta