AZ

Rusiyada təyyarə qəzası: yaralılar var

Rusiyanın Zabaykalye diyarında An-2 təyyarəsi qəza enişi edib.

 

Sfera.az xəbər verir ki, bu barədə diyarın qubernatoru Aleksandr Osipov məlumat verib.

 

Onun sözlərinə görə, təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra Çita rayonunda sərt eniş edib.

 

Təyyarədə 10 paraşütçü və 1 pilot olub. 9 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

 

Məlumata görə, havada olarkən təyyarənin mühərriki dayanıb.

Seçilən
14
50
sfera.az

10Mənbələr