AZ

Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər

Alyans ölkələri müdafiə investisiyalarını artırmasa, təcavüzkar ölkə Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “The New York Times” qəzetinə müsahibəsində deyib.

O, Estoniyada Rusiyanın mümkün işğalını imitasiya edən bu yaxınlarda keçirilən təlimlər haqqında New Yorker məqaləsini şərh edib . Həmin məqalədə ölkənin hava qüvvələri və donanması olmadığı və Estoniya üçün “işlərin yaxşı getmədiyi” qeyd edilib. Onun sözlərinə görə, bu, NATO üçün həyəcan siqnalı deyil, çünki alyansın hücum olacağı təqdirdə planları var.

Xəbər 5 dəfə oxunub.
Seçilən
3
23
xezernews.az

10Mənbələr