AZ

Bozbaşı öz dilində yeyib, Kantı rusca oxuyub Aqşin Yenisey

ain.az, Modern.az saytına istinadən bildirir.

Şair, yazıçı və publisist Aqşin Yenisey rusdilli təhsil mövzusunda sosial şəbəkələrdə müzakirələr doğuran paylaşımı ilə diqqət çəkib.

Modern.az xəbər verir ki, o, şəxsi Facebook hesabında dostu jurnalist Vüsal Məmmədovla davam edən polemika çərçivəsində rus dilində təhsilə qarşı çıxış edib və bu təhsilin Azərbaycandakı intellektual müstəqilliyə mənfi təsir göstərdiyini vurğulayıb.

Yeniseyə görə, insan hansı dildə özünü və dünyanı dərk etməyə başlayırsa, intellektual həzz də həmin dil vasitəsilə formalaşır və bu həzz həmin dilə asılılıq yaradır. Onun fikrincə, uşaq ibtidai təhsili mütləq şəkildə ana dilində almalıdır: “İlkin intellektual həzzi öz ana dilində yaşamalıdır ki, öz dilinə qarşı asılılıq yaransın.”

Yazıçı iddia edir ki, sovet dövründə rus dili məqsədli şəkildə bilgi və intellekt dili səviyyəsinə qaldırılıb, digər yerli dillər isə məişət səviyyəsinə sıxışdırılıb. “Sovet elitası intellektual həzzi rus dilində yaşayıb, öz ana dilinə xeyir-şər dili kimi baxıb. Bozbaşı öz dilində yeyib, Kantı rusca oxuyub,” – deyə o yazıb.

Yenisey hesab edir ki, bu asılılıq bu gün də davam edir və rusdilli təhsilin qorunub saxlanması Azərbaycan dilinin inkişafına əngəl törədir. “Valideynlər özlərinin yaşadığı intellektual həzzi övladları da alsın deyə uşaqlarına rus dilində təhsil verməyə üstünlük verirlər,” – deyən müəllif, bu gedişlə ana dilində təhsil alanların yenə də “çuşka” kimi qəbul ediləcəyini bildirir.

O, məsələyə nə siyasi, nə də millətçi kontekstdən yanaşmadığını vurğulayaraq, bu mövqe ilə sadəcə dilin intellektual müstəqilliyi uğrunda mübarizə apardığını qeyd edir: “Rus dilində təhsilin varlığı o deməkdir ki, Azərbaycan dili hələ azad dil deyil. Onunla Kantı oxumaq olmaz, onunla ancaq bozbaş yemək olar.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
15
modern.az

10Mənbələr