AZ

Almaniyada sığınacaq müraciətləri azalıb

BAKI, TurkicWorld

Almaniyada bu ilin ilk altı ayında sığınacaq müraciətlərinin sayında azalma müşahidə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinin yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, yanvar–iyun ayları ərzində Almaniyada ilk dəfə sığınacaq müraciəti edənlərin sayı 61 min 336 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz azalma deməkdir. Müraciətlərdəki bu azalmanın əsas səbəbləri arasında Almaniyanın quru sərhədlərində tətbiq edilən sərt nəzarət tədbirləri və Balkan ölkələri tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün görülən addımlar göstərilir.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt isə açıqlanan son rəqəmləri bir çoxları tərəfindən mübahisəli sayılan miqrasiya siyasətinin effektivliyinin sübutu kimi dəyərləndirib.

Seçilən
14
50
turkic.world

10Mənbələr